Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Nümayəndələr Palatasının sədri Akile Salih ilə görüşüb.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Liviya arasında mövcud əlaqələr, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, eləcə də regional və beynəlxalq aləmdə baş verən problemlər müzakirə edilib. Tərəflər söhbət zamanı daha çox Qəzzada baş verən hadisələri müzakirə edib, problemin həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da iştirak edib.
Anar TAĞIYEV