Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni səfir: ABŞ-da Ermənistan və Azərbaycan XİN başçılarının görüşü yanvara planlaşdırılıb

Erməni səfir: ABŞ-da Ermənistan və Azərbaycan XİN başçılarının görüşü yanvara planlaşdırılıb


Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək.

Newscenter.az-ın məlumatına görə, bu barədə Ermənistan İctimai Televiziyasının efirində ölkənin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.

"Hazırda bizim imzalanmaq üçün hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində Azərbaycanın da razılaşdığı görüşdə biz bu mətni razılaşdıracağıq", - o deyib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.
Xəbəri paylaş