Cari ilin əvvəlindən indiyə qədər Türkiyə Silahlı Qüvvələri tərəfindəmn 2067 terrorçu zərərsizləşdirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler açıqlama verib.
Gülər Suriya və İraqdakı bütün əməliyyatların BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, qonşu ölkələrin suveren hüquqlarına və ərazi bütövlüyünə hörmət edilməklə aparıldığını vurğulayıb.
Gülər, “PKK/KCK, PYD/YPG və Suriya və İraqda ölkəmizə və sevimli millətimizə təhlükə yaradan DEAŞ terror təşkilatlarına qarşı mübarizə davam edir",-deyə bildirib.
Anar Əliyev