Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda daha bir edam cəzası

İranda daha bir edam cəzası


İranda daha bir edam hökmü həyata keçirilib.

Newscenter.az İRNA-ya istinadən bildirir ki, İranın Mazandaran əyalətində din xadimi Ayətullah Abbas Əli Süleymanini öldürən şəxs edam edilib.

Mazenderan Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasında bildirilib ki, Süleymanini öldürən şəxs bu gün səhər saatlarında Babul həbsxanasında edam olunub.

Qeyd edək ki, bu il aprelin 26-da din xadimi Ayətullah Abbas Əli Süleymani Mazandaran əyalətinin Babulsar şəhərində bankın mühafizəçisi tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib.

İnqilab Məhkəməsində mühakimə olunan şəxs barəsində mayın 12-də ölüm hökmü çıxarılıb və qərar Ali Məhkəmə tərəfindən təsdiqlənib.

Anar TAĞIYEV
Xəbəri paylaş