Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanada Ukraynanın işğal edilmiş ərazilərində keçirilən seçkilərdə namizəd olan 30 şəxsə sanksiya tətbiq edəcək

Kanada Ukraynanın işğal edilmiş ərazilərində keçirilən seçkilərdə namizəd olan 30 şəxsə sanksiya tətbiq edəcək


Kanada Ukraynanın işğal edilmiş ərazilərində keçirilən seçkilərdə namizəd olan 30 rusiyalıya sanksiya tətbiq edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kanada Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb. Xarici İşlər Naziri Melanie Joly yaydığı yazılı açıqlamasında sanksiyaların Rusiyaya qarşı Xüsusi İqtisadi Tədbirlər Qaydalarının bir hissəsi olduğunu bildirib.

Joli, Rusiyanın ilhaq etdiyi bölgələrdə seçkilərdə namizədliyini açıqlayanlar da daxil olmaqla 30 Rusiya vətəndaşına sanksiya tətbiq edilməsinə qərar verildiyini bildirərək, 10 sentyabrda keçirilən seçkilərin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün pozulması kimi xarakterizə edib.

Qeyd edək ki, sentyabrın 10-da Ukraynadan ilhaq edilmiş Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin hakimlərini müəyyən etmək üçün seçkilər keçirilib.

Anar TAĞIYEV
Xəbəri paylaş