Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevə hücum nəticəsində azərbaycanlılara məxsus evlər də dağılıb

Kiyevə hücum nəticəsində azərbaycanlılara məxsus evlər də dağılıb


Rusiya ordusunun dekabrın 12-dən 13-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” tipli ballistik raketlərlə hücumu nəticəsində Darnitskiy rayonunda yaşayan azərbaycanlıların evlərinə zərər dəyib.

Newscenter.az-ın məlumatına görə, soydaşımız Haqverdi Bayramov “Report”un Şərqi Avropa bürosuna açıqlamasında deyib ki, o və digər azərbaycanlının evləri raket dalğasından yararsız hala düşüb.

“Hazırda evsiz qalmışıq. Çalışırıq Azərbaycana qayıdaq”, - o vurğulayıb.

Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov isə “Report”a bildirib ki, zərbələr nəticəsində paytaxtın dörd rayonu - Darniski, Dneprovski, Desnyask və Qolosevskində xeyli dağıntılar olub: “Rusiya ötən 3 gün ərzində ikinci dəfə Kiyevə zərbə endirib”.

Onun sözlərinə görə, qarşı tərəf mülki şəxsləri də hədəf alıb: “İlkin məlumata görə, ruslar 2 gün əvvəl olduğu kimi yenə ballistik silahdan istifadə edib. Təxminən gecə saat 3 radələrində Rusiya şimal-qərb istiqamətindən şəhərə raketlər buraxıb. Hava hücumundan müdafiə qüvvələri tərəfindən bütün hədəflər məhv edilib. 9 mərtəbəli evin 7-ci mərtəbəsində yanğın baş verib, insanların təxliyəsi həyata keçirilib”.

M.Şamanov bildirib ki, 17 insan xilas olunub, onlardan 7-si uşaqdır. Dneprovsk rayonunda partlayış dalğaları pəncərələri sındırıb. Raket hissələrinin şəxsi evlərə də düşdüyü aşkar olunub. Ümumilikdə gecə hücumu zamanı 53 nəfər xəsarət alıb, 20 nəfər hospitala yerləşdirilib.

O, əlavə edib ki, 34 nəfər kəsik yarası alıb, 8 nəfərdə kəskin stres, qalanlarında isə yanğın və digər zədələr qeydə alınıb.
Xəbəri paylaş