Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi yeni qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüb. Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparırlar.
Newscenter.az[/b] Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət milli komandamız və 26-cı yerdə olan kişilərdən ibarət yığmamız 2024-cü ildə (17 may - 16 iyun) keçiriləcək Qızıl Avropa Liqasında çıxış edəcəklər. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin milli komandası mübarizə aparacaq. Yeni reqlamentə əsasən bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan yığmalar dördlər finalına yüksələcəklər.
Qeyd edək ki, qadınların yarışında dördlər finalının ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələki ev sahibi bəlli deyil.
[b]Oruc Niyazov