Ötən gün vətəndaşlardan 27 silah götürülüb.
Newscenter-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 patron darağı, 36 ədəd müxtəlif çaplı patron və 22 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.
Mehman Mehdiyev