Türkiyədə pərakəndə satış həcmində artım qeydə alınıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, oktyabr ayında pərakəndə satış 13,7 artıb. Sentyabr ayına nisbətdə də oktyabr ayında 2 faiz artım olub.
Bu dövrdə qida, içki və tütün satışı 0,9 faiz, qeyri-ərzaq məhsullarının satışı (avtomobil yanacağı istisna olmaqla) 3
faiz artarkən, avtomobil yanacağı satışı isə 0,2 faiz azalıb.
Cari qiymətlərlə pərakəndə ticarət dövriyyəsi oktyabrda ötən ilin müvafiq ayı ilə müqayisədə 83,6 faiz artıb. Eyni ayda qida, içki və tütün satışı 86,8, qeyri-ərzaq məhsullarının satışı (avtomobil yanacağı istisna olmaqla) 91,9, avtomobil yanacağı satışı isə 55,9 faiz artıb.
Natiq Orucov[b][/b]