Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər zamanı 2 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri təhvil götürülüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Şirvan regional idarəsi yayıb.
Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
Mehman Mehdiyev