Türkiyədə İqlim Dəyişikliyi Regional Fəaliyyət Mərkəzi yaradılacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə qərar Sloveniyada keçirilən Aralıq dənizinin Çirklənmədən Mühafizəsi Konvensiyasına (COP23) üzv ölkələrin 23-cü Konfransında qəbul edilib.
Qərara əsasən, Türkiyədə Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisi yaradılacaq və sözügedən ofis Aralıq dənizi regionunda iqlim dəyişikliyi ilə bağlı siyasətin hazırlanması işlərində fəal iştirak edəcək. Bu mərkəz həm də beynəlxalq maliyyələşdirmə mexanizmlərindən fəal istifadəyə töhfə verəcək.
Hazırda bu cür mərkəzlər İtaliya, Fransa, Tunis, Xorvatiya, Yunanıstan və İspaniyada fəaliyyət göstərir. Türkiyədə qurulacaq mərkəz də Şərqi Aralıq dənizində balanslaşdırıcı element olacaq.
Anar Əliyev