Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə

Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə


Türkiyədə növbəti dəfə tələbələr arasında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Zonquldağın Alaplı rayonunda baş verib. Belə ki, sözügedən rayondakı tələbə yataqxanasında 34 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Tələbələr səhər saatlarında qəbul etdikləri qidadan sonra qarın ağrısı, ürəkbulanma və ishaldan şikayət ediblər.

Qida zəhərlənməsi şübhəsi ilə 23 şagird Alaplı Dövlət Xəstəxanasında, 11 şagird isə Qaradəniz Ereğlidə müxtəlif xəstəxanalarda müalicə olunub.

Anar TAĞIYEV
Xəbəri paylaş