Ukrayna prezidenti Volodimir Zelenski gözlənilmədən Norveçə səfər edib.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, səfər çərçivəsində Zelenski Noveçin baş naziri ilə görüşəcək. Baş nazir Jonas Gahr Støre ilə görüşdə əsas müzakirə mövzusu Ukraynaya hərbi və texniki dəstək olacaq.
Bundan əlavə, Ukrayna prezidenti Norveç, Finlandiya, İslandiya, Danimarka və İsveç liderlərinin qatılacağı Nordik sammitində də iştirak edəcək.
Norveç baş naziri Ukrayna lideri ilə görüşdən əvvəl “Mən konstruktiv danışıqlarımızı səbirsizliklə gözləyirəm. Norveç Ukraynanın özünümüdafiə mübarizəsini dəstəkləməyə davam edəcək. Biz Ukraynaya azadlıq və demokratiya uğrunda mübarizəsində kömək etmək üçün məqsədyönlü, uzunmüddətli dəstək veririk”, - deyə bildirib.
Anar TAĞIYEV