Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

32 erməni əsiri azad etməklə Azərbaycan nə qədər humanist ölkə olduğunu bir daha sübuta yetirdi

32 erməni əsiri azad etməklə Azərbaycan nə qədər humanist ölkə olduğunu bir daha sübuta yetirdi


“Ötən gün Azərbaycanla Ermənistan arasında baş tutan əsirlərin dəyişdirilməsi prosesi tərəflərin vasitəçi iştirak etmədən atmış olduğu mühüm addım olmaqla bərabər, həm də Azərbaycanın humanizmliyinin dünyaya bir daha sübutu idi. İki azərbaycanlı əsir qarşılığında 32 erməni əsiri azad etməklə Azərbaycan nə qədər humanist ölkə olduğunu bir daha sübuta yetirdi”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, bu proses həm də tərəflər arasında etimad mühtinin yaradılmasına xidmət edən bir addımdır:

“Bununla Bakı və İrəvan sübuta yetirdi ki, üçüncü bir tərəf olmadan da aralarında mövcud olan problemi dəf etməyə qadirdir. Bunu sülh müqaviləsinə də şamil etmək olar. Əgər Ermənistan tərəfi səmimi mövqe ortaya qoyub kompromislik nümayiş etdirsə, Nikol Paşinyanın dediyi kimi yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalamaq real olar”.

Arzuman Muradlı onu da deyib ki, Azərbaycanın iki hərbiçiyə qarşı 32 erməni hərbiçisini təhvil verməsi həm də dövlətin, şəxsən dövlət başçısı üçün hər bir vətəndaşın taleyinin önəmli olduğunun göstəricisidir:

“Cənab prezident üçün hər bir Azərbaycan vətəndaşının taleyi hər zaman prioritet olub. Dövlət başçısı hər bir azərbaycanlının prezidenti kimi hər kəsə diqqətlə yanaşıb, hər birimizin taleyini düşünüb. Son hadisələr də bunun bir daha əyani sübutu idi”.
Xəbəri paylaş