Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ Şurası Gürcüstana namizəd statusu verib, Ukrayna və Moldova ilə danışıqlara başlanılacaq

Aİ Şurası Gürcüstana namizəd statusu verib, Ukrayna və Moldova ilə danışıqlara başlanılacaq


Avropa İttifaqı ölkələri Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

“Avropa Şurası Gürcüstana namizəd statusu verib. Aİ, həmçinin Bosniya və Herseqovina ilə danışıqlara həmin ölkə tərəfindən üzvlük meyarlarına tələb olunan uyğunluq səviyyəsinə nail olduqdan sonra başlayacaq, bunun üçün biz Avropa Komissiyasına mart ayında hesabat təqdim etməyi tapşırmışıq və bununla bağlı qərar qəbul ediləcək”-deyə, o qeyd edib.

Aİ ölkələri həmçinin Ukrayna və Moldovanın icmaya qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.(report)
Xəbəri paylaş