Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib


Özbəkistanın paytaxtı Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal və dövlətçilik ideyaları” adlı beynəlxalq elmi konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, beynəlxalq elmi konfransın əsas məqsədi cədidlərin maarifçilik ideyalarının təhlili və müzakirəsi, hərəkatın milli dövlətçiliyin inkişafına verdiyi töhfələr olub.Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli və başqalarından ibarət nümayəndə heyəti iştirak edib. Faiq Ələkbərli konfransda “İsmayıl bəy Qaspıralının cədidçilik və dildə, fikirdə, işdə birlik fəlsəfəsi” mövzusunda məruzə edib. O, məruzəsində yalnız Çar Rusiyasında deyil, habelə Osmanlı və Qacarlar Türk dövlətlərindəki yeniləşmə hərəkatı və onun tanınmış nümayəndələrindən bəhs edib.

F.Ələkbərlinin sözlərinə görə, bu anlamda  çar Rusiyasındakı cədidçiliklə, Osmanlı və Qacarlardakı yeniləşmə hərəkatlarındakı oxşarlıqlar və fərqlilikləri ayrı-ayrılqıda təhlil etmək lazımdır. Ən əsası yeniləşmə və cədidizmlə bağlı məsələlərdə doğru olan məsələlərlə yanaşı, bəzən ifrat şəkildə özünü büruzə vermiş avropaçılığa, proletar kosmopolitizmə də diqqət edilməlidir. Qeyd edək ki,  Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Yaponiya, Almaniya, İsveç və digər ölkələrdən elm adamlarının da beynəlxalq konfransda məruzələri dinlənilib.

S.İsmayılbəyli
Xəbəri paylaş