Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Göyçay Bayraq Muzeyində olub-FOTOLAR

Deputat Göyçay Bayraq Muzeyində olub-FOTOLAR


88 saylı Göyçay seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Sabir Hacıyev rayona səfəri çərçivəsində Göyçay Bayraq Muzeyində olub.

Bu barədə məlumatı Newscenter.az-a Göyçay Bayraq Muzeyinin rəhbəri Fatimə Mövsüm verib. Bildirib ki, millət vəkili Göyçay Bayraq Muzeyi ilə yaxından tanış olub, muzeyin iş şəraiti ilə maraqlanıb:

Fatimə Mövsüm, "Millət vəkili muzeydə saxlanılan eksponantlarla tanış oldu, rayonda belə bir muzeyin fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Göyçay Bayraq Muzeyin ilə tanışlıq deputat Sabir Hacıyev də xoş təəssürat yaratdı və sonda millət vəkili muzeyin fəaliyyətinə uğurlar arzuladı",-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş