Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə 14 dekabr 2023-cü il tarixindən start verilib.
Newscenter.az xəbər verir ki, müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplayan namizədlər bal sıralamasına uyğun olaraq müsahibələrə dəvət olunur.
Müsahibənin vaxtı haqqında məlumat namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonları vasitəsilə verilir.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınır.
R.Mehdiyeva