Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülh imitasiyası edir

Ermənistan sülh imitasiyası edir


"Hesab etmirəm ki, Ermənistan sülhə can atır və normallaşma sürətini artırmaq istəyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasının real olduğu barədə açıqlamasını şərh edərkən səsləndirib. AMİP funksioneri deyib ki, ermənilər daha çox təbliğata və Qərb tərəfindən qərbrpərəst, sülhpərvər və kompromis meyilli olmaları görüntüsü yaratmağa üstünlük verirlər:

"Sülh istəyən indiki hərtərəfli böhran içində çabaladığı zamanda silahlanmaya yüz milyonlarla vəsait xərcləməz. Sadəcə Ermənistan sülh imitasiyası edir".

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan ölkələrin forumunda çıxışı zamanı Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunaraq yaxın vaxtlarda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının real olduğunu deyib.

Anar Əliyev

Xəbəri paylaş