Ermənistanın müdafiə naziri Suren Papikyan və Yunanıstanın müdafiə departamentinin rəhbəri Nikos Dendias iki ölkə hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.
Newscenter.az "Новости-Армения"-ya istinadən bildirir ki, saziş erməni nazir Papikyanın Yunanıstana işgüzar səfəri zamanı imzalanıb.
Yunaıstanın müdafiə departamentinin rəhbəri Nikos Dendias sözügedən saziş barədə X sosial şəbəkə hesabında bildirib ki, Yunanıstan hökuməti üçün hərbi-texniki sahə əsas prioritetdir.
Qeyd edək ki, görüşdə tərəflər müdafiə sahəsində Ermənistan-Yunanıstan əməkdaşlığı məsələlərini müzakirə ediblər. Nazirlər əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, təcrübə mübadiləsi, hərbi-texniki mübadilə, təhsil və digər sahələri əhatə etməklə bu sahənin inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Anar TAĞIYEV