Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Zəngəzurdan maneəsiz giriş-çıxışı verməkdə maraqlı deyil

Ermənistan Zəngəzurdan maneəsiz giriş-çıxışı verməkdə maraqlı deyil


Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün verdiyi açıqlamalardan belə nəticəyə gəlmək olur ki, tərəflər sülh müqaviləsinə yaxındırlar və yaxın vaxtlarda belə bir müqavilənin imzalanması realdır. Ancaq paralel olaraq İrəvandan gələn digər xəbərlər hər zaman olduğu kimi bu dəfə də Ermənistanın qeyri-səmimiliyini ortaya qoyur. Xüsusilə, Ermənistanın Xarici İşlər Nazirliyinin son açıqlaması, sərhəddən qoşunların geri çəkilməsinin zəruriliyi barədə fikirləri onu deməyə əsas verir ki, İrəvan hər zaman olduğu kimi yenə də imitasiya ilə məşğuldur.

Newscenter.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü baş tutacaqsa, sülh müqaviləsinin razılaşdırılmayan detalları müzakirə ediləcək:

"Ümumiyyətlə, Vaşinqtonda görüşə ehtiyac yoxdur. Ermənistan və ABŞ burada maraqlıdır. Ermənistan tərəfi qoşunların sərhəddən güzgü prinsipi ilə geri çəkilməsini təklifini irəli sürür. Ümumiyyətlə, bu təklif sülh müqaviləsinə salına bilməz. İkinci, Ermənistan Zəngəzurdan maneəsiz giriş-çıxışı verməkdə maraqlı deyil".

Politoloq deyib ki, artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın qoşunların sərhəddən geri çəkilmək təklifini qəbuledilməz olduğunu vurğuladı:

"Naxçıvana maneəsiz giriş-çıxış təmin edilməsi də sülh müqaviləsində yer almaya bilər. Bu məsələlər sülh müqaviləsindən sonra müzakirə edilə bilər. Brüssel və Vaşinqton yenidən vasitəçilikdə aktivləşib. Qeyd edim ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib. Görünür, Azərbaycan tərəfi sülh müqaviləsinin detallarını Türkiyə ilə koordinasiya edir. Bu məsələdə Türkiyəni kənarda qoymur. Ankaranın prosesdə olması, Azərbaycanın mövqeyini gücləndirir və Türkiyə də masada olduğunu mesajını verir".

Anar Əliyev
Xəbəri paylaş