Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda hakimlər həbs edilir

Ermənistanda hakimlər həbs edilir


Ermənistanın Ali Məhkəmə Şurasında hakim Tiqran Poladyanın həbsi məsələsi müzakirə olunur.

Newscenter.az hraparak.am- a istinadən bildirir ki, vəsatət prokurorluq tərəfindən verilib. Hakimin nədə ittiham olunduğu hələlik məlum deyil. Prokurorluqdan bildirilib ki, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməmək üçün Poladyanın nədə ittiham olunduğu açıqlanmır.

Qeyd edək ki, Tiqran Poladyan Məhkəmə Departamentinin keçmiş rəisi, 90-cı illərdə təhsil nazirinin müavini olmuş Robert Poladianın oğludur. O,
31 yanvar 2013-cü il tarixdə Ermənistan prezidentinin sərəncamı ilə Kotayk vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsinin hakimi təyin edilib.

Anar Əliyev
Xəbəri paylaş