Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsirlərin dəyişdirilməsi Azərbaycanı əlavə beynəlxalq təzyiqlərdən xilas etdi

Əsirlərin dəyişdirilməsi Azərbaycanı əlavə beynəlxalq təzyiqlərdən xilas etdi


"Son günlər Azərbaycan və Ermənistan arasında qarşılıqlı güzəştlər, birgə bəyanatın qəbulu, müxtəlif təmsilçilik üzrə bir-birilərini dəstəkləmələri və əsirlərin dəyişdirilməsi beynəlxalq aləmdə müsbət qarşılanmaqla yanaşı, həm də hər iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində atılan kövrək addımlardır. Burada bir xüsusi məqamı da vurğulamaq lazımdır ki bütün bu addımların vasitəçi olmadan atılması diqqət çəkəndir və irəliləyiş üçün müəyyən ümidlər də yarada bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, bu münasibətlərin normallaşması üçün tərəflər arasında kənar qüvvələrin və oyunçuların iştirakı əksinə prosesi ləngidir:

"Çünki kənar güclərin maraqları region ölkələrinin maraqlarından üstün tutulduğundan istər-istəməz lüzumsuz problemlər yaradır. Əsirlərin dəyişdirilməsi Azərbaycanı əlavə beynəlxalq təzyiqlərdən xilas etdi və humanizmliyini bir daha göstərdi. Bu müsbət davranışlar heç də o qənaətə gəlməyə imkan vermir ki, Azərbaycan və Ermənistan arasında etimad mühiti yaradılır. Ermənistan hər fürsətdə Azərbaycana qarşı düşmən və məkrli mövqeyini biruzə verir".

Əli Oruclu, "Hesab edirəm 32 əsirin 2 əsirlə dəyişdirilməsi balansa uyğun gəlməsə də, bu onu göstərdi ki, Azərbaycan ermənilərin əsirliyində olan vətəndaşının, əsgərinin taleyinə böyük önəm verdi",-deyə əlavə edib.


S.İsmayılbəyli
Xəbəri paylaş