Ukraynanın paytaxtı Kyivdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti keçirilib.
Newscenter.az Ukrayna Azərbaycanlıları Radasına istinadən xəbər verir ki, ölkəmizin Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ukrayna Milli Simfonik Orkestrinin klassik musiqi çıxışına Azərbaycan Xalq artisti, professor Yalçın Adığözəlov dirijerloq edib.
Konsertdə Ukrayna dövlət rəsmiləri, Ali Radanın deputatları, universitet rektorları, Ukraynada fəaliyyət göstərən xarici ölkələrin səfirləri, mədəniyyət xadimləri və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.
Anar Əliyev