Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib

Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib


Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib.

Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb.

Qeyd edilir ki, həbs edilənlərin ümumi sayı yeddi nəfərə çatıb.

Patit Paban və Pulin Haldarın 36, Məhəmməd İlyas, Əbdül Səttar və Şeyx Mansurinin 49 yaşları var, onlar Qərbi Benqal sakinləridir.

Polisin Cinayətkarlıqla Mübarizə şöbəsinin polis komissarının müavini Raj Tilak Ruşan bildirib ki, istintaq Şeyx Mansurinin saxtakarlığın təşəbbüskarı olduğunu üzə çıxarıb. O, Mumbra şəhərində pasportların saxlandığı otağı icarəyə götürüb.

Ruşan qeyd edib ki, cinayətkarlar vətəndaşları aldadaraq, onlara Azərbaycan, Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Rusiya kimi ölkələrdə iş vəd ediblər. Cinayətkar qruplaşma vətəndaşların pasportlarını və müəyyən miqdarda pullarını alaraq, onlara saxta vizalar veriblər.

Daha əvvəl Hindistan polisi vətəndaşları qanunsuz yolla Azərbaycan və digər ölkələrə göndərmək istəyən qruplaşmanı ifşa edib. Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistanlıları xarici ölkələrə qeyri-qanuni yolla məskunlaşmaq üçün göndərmək istəyən 4 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvlərini həbs edib. Qruplaşma üzvləri - Qiriş Bhandari, Himanşu Mehta, Qaqan Şarma və Rameş Arya Dehlinin qərbindəki Tilak Naqar rayonunda fəaliyyət göstərən bir turizm şirkəti adı altında qanunsuz fəaliyyət göstəriblər.

Nərgiz Əzizova
Xəbəri paylaş