Türkiyənin külək enerjisi gücünün cari ilin sonuna qədər 12 min 500 meqavata çatması nəzərdə tutulub
Newscenter.az Türkiyə Külək Enerjisi Dərnəyinə (TÜREB) istinadən xəbər verir ki, Türkiyənin elektrik gücü dekabr ayının ortalarında 106 min 157 meqavat olduğu halda onun külək enerjisi gücü isə12 min 117 meqavata çatıb.
Bildirilib ki, Türkiyənin elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı getdikcə artır. Nəticə etibarilə quraşdırılmış elektrik enerjisində külək enerjisinin payı 11 faizi ötüb.
TÜREB-in məlumatına görə, lisenziyalı elektrik stansiyaları əsasən Türkiyədə fəaliyyət göstərir. 4065-dən çox külək turbini və 274 elektrik stansiyası ilə 45 vilayətdə külək enerjisi istehsal edilir.
Natiü Orucov