Mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunmaqdadır.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən məlumat verir ki, noyabr ayında mal ətinin 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 1.9% azalaraq 4.9 ABŞ dolları səviyyəsində qərarlaşıb. Oktyabr ayında isə mal ətinin qiymətində əksinə, artım qeydə alınıb.
Hesabatda qeyd edilir ki, ümumilikdə bu göstərici 2022-ci ilin noyabr ayı ilə müqayisədə də aşağıdır. Belə ki, 2022-ci ilin noyabr ayında 1 kiloqram mal ətinin qiyməti 5,20 ABŞ dolları təşkil edib. İl ərzində isə mal ətinin qiymətində ən yüksək göstərici aprel-may aylarında qeydə alınıb. Həmin aylar ərzində ətin 1 kiloqramının qiyməti 5,30-5,31 dollar arasında dəyişib. Ən aşağı göstərici isə cari ilin yanvar-fevral aylarında qeydə alınıb. Qeyd edilən aylarda mal ətinin 1 kiloqramının qiyməti 4,65 dollar olub.
S.İsmayılbəyli