Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı Səbinə Xasayeva 28 May qəsəbəsində seçiciləri qəbul edib

Milli Məclisin deputatı Səbinə Xasayeva  28 May qəsəbəsində seçiciləri qəbul edib

 
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin  deputatı Səbinə Xasayeva  dekabrın 14-də Binəqədi rayonunun 28 May qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin binasında seçicilərlə səyyar qəbul keçirib.

Newscenter-az xəbər verir ki, qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar qəsəbədə tibb məntəqəsinin fəaliyyətinin bərpa edilməsinə, seçki məntəqəsinin tikilməsinə, "Kapital Bank”ın və “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatlarının quraşdırılmasına, fərdi evlərin sənədləşdirilməsinə, mərkəzi kanalizasiya sisteminin qurulmasına, “Azərsu“ ASC-nin işçiləri tərəfindən su borularının təmiri zamanı müxtəlif küçələrdə 25-ə yaxın yerdə (Hürrüyyət, Günəşli, Mərkəz, Səfa, Şorlar, Dostluq və s. küçələrdə) qazılıb yararsız hala salınmış asfalt örtüyünün bərpa edilməsinə, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdırılmasına, 1984-cü ildə 274 nömrəli tam orta məktəbin yaninda qurulmuş trasformatorun (Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi) normadan artıq yükləndiyindən elektrik  enerjisini ötürə bilmədiyinə görə qəsəbənin ərazisində yeni transformatorun quraşdırılmasına, Qarabağ küçəsi ilə Qələbə küçəsinin arasında yerləşən və Mərkəzi kanalizasiya xəttinə birləşən 80 metr boru xəttinin sıradan çıxması nəticəsində Qaradağ-Sumqayıt şossesinin kənarına axan çirkab sularının qarşısının alınması üçün kanalizasiya xəttinin yenidən çəkilməsinə, 28 May qəsəbəsindən keçən Bakı-Şamaxı magistral avtomobil yolunda piyadaların təhlukəsizliyinin təmin edilməsi məqsədilə sözügedən magistral yolun qəsəbənin Sülh küçəsi ilə birləşməsində piyada nişanlarının, keçid zolağının quraşdırılmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.    

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı  Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə ediblər, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.   
 
    
Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon icra hakimiyyəti  başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak ediblər.
Belə qəbulların mahiyyəti deputat – seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.



S.İsmayılbəyli
Xəbəri paylaş