Birləşmiş Ştatlar Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibədə uğursuzluğundan məyusdur.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin (Dəniz Donanmasının) istefada olan admiralı və NATO-nun keçmiş baş komandanı Ceyms Stavridis bildirib.
O deyib ki, ABŞ hökuməti Kiyev ordusunun uğursuz əks-hücumuna görə Ukrayna prezidenti Vladimir Zelenskidən məyus olub:
“Biz səmimi şəkildə etiraf etməliyik ki, Ukrayna Silahlı Qüvvələrinin bu yay hücumunda uğur əldə olunmayıb. Həqiqətən uğursuz oldu. Ukraynanın hücumu söndü. Bu ABŞ üçün məyusluğa səbəb oldu”.
Bundan əlavə, keçmiş NATO komandiri qeyd edib ki, prezident Zelenski bir il əvvəlkindən fərqli mövqedədir. Stavridis vurğulayıb ki, bir çox ölkələrlə əlaqələri gücləndirən Rusiya lideri Vladimir Putin üçün isə vəziyyət yaxşıdır.
Anar Əliyev