Türkiyədə özəl sektorun xarici borcunda azalma müşahidə edilir.
Newscenter.az Türkiyə Mərkəzi Bankına istinadən bildirir ki, özəl sektorun xarici borcuoktyabrda 2022-ci ilin sonu ilə müqayisədə 975 milyon dollar azalaraq 157,8 milyard dollara düşüb.
Bu dövrdə özəl sektorun xaricdən yaranan uzunmüddətli kredit borcu 1,6 milyard dollar azalaraq 149,1 milyard dollara, qısamüddətli kredit borcu (kommersiya kreditləri istisna olmaqla) isə 586 milyon dollar artaraq 8,7 milyard dollar olub.
Bankların uzunmüddətli kreditlər şəklində götürdükləri borcları 2022-ci ilin sonuna nisbətən oktyabrda 1,6 milyard dollar artarkən, istiqraz emissiyaları şəklində götürdükləri borcları 213 milyon dollar artaraq 14,1 milyard dollara düşüb. Bu dövrdə bank olmayan maliyyə qurumlarının kredit şəklində borclanmaları 163 milyon dollar azalaraq, 1,2 milyard dollara düşüb.
Natiq Orucov