Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan istəsə rahatlıqla, heç kimdən çəkinmədən problemə son qoyacaq sənədi imzalaya bilər

Paşinyan istəsə rahatlıqla, heç kimdən çəkinmədən problemə son qoyacaq sənədi imzalaya bilər


"Son iki ayda Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər nazıri Ararat Mirzoyan dəfələrlə deyiblər ki, sülh müqaviləsinin imzalanması reallaşır, müqavilə tezliklə imzalanacaq. Hətta müddətlər belə göstərirdilər. Ən sonda ilin axırına qədər imzalanma olacağını bildirmişdilər. Detallarını dəqiq deyə bilməsəm də, amma görünən odur ki, hələ də razılaşdırıla bilinməyən məqamlar var və onun müzakirəsinə ehtiyac duyulur".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev Nikol Paşinyanın "Yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması realdır" fikrini şərh edərkən səsləndirib. O deyib ki, yanvar ayında C. Bayramovla Mirzoyanın Brüsseldə görüşəcəkləri ilə bağlı məlumatlar yayılıb və bu o deməkdir ki, ən azı bu ilin sonuna kimi hər hansı imzalnmadan söhbət getmir:

"Gələn il üçün konkret müddət deyə bilməsəm də, ilin birinci yarısına qədər bu imzalanmanı həyata geçirtmək ehtimalları böyükdür. Amma bunun üçün tərəflərin – xüsusilə Ermənistan tərəfinin ortaya iradə qoyması çox vacib olacaq. Çünki Ermənistan daxilində olan müxalif güclər bu gün müzakirədə olan məzmunda sülh müqaviləsinin imzalanmasına qarşı təbliğat kompaniyası aparır. Onlar həm Rusiyaya, həm də Qərbdə olan bəzi diaspor təşkilatlarına yaxındırlar. Amma hazırda situasiya o vəziyyətdədir ki, Ermənistan müxalifətinin Paşinyanın siyasətinə qarşı müqavimət gücü yoxdur".

AMİP rəsmisi, "Paşinyan istəsə rahatlıqla, heç kimdən çəkinmədən problemə son qoyacaq sənədi imzalaya bilər. Həmçinin fors mojor situasiyaları da nəzərə almaq lazımdır ki, belə hallar olacağı halda da imzalanma qeyri-müəyyən vaxta qədər uzana bilər. Amma düşünürəm ki, Ermənistanda ayıq başla düşünən siyasətçilər ilk növbədə özlərinə xeyir gətirə biləcək, reqionda təhlükəsizlik, rifah və qarşılıqlı etimad yaradacaq sülh müqaviləsini imzalamasını sürətləndirməyə çalışacaqlar. Əks halda ziyan yenə Ermənistana dəyəcək",-deyə bildirib.

S.İsmayılbəyli
Xəbəri paylaş