Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real adlandırıb
Newscenter.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Ermənistanın baş naziri qeyd edib ki, bu, Bakının iki ölkə liderləri arasında artıq razılaşdırılmış prinsipləri təsdiqlədiyi təqdirdə mümkün olacaq.
"Əgər Azərbaycan bu prinsipləri təsdiq edərsə, o zaman yaxın gələcəkdə sülh sazişinin imzalanması çox realdır”, - deyə erməni baş nazir bildirib.
Anar Əliyev