Polşada Hanukka şamlarını söndürən deputata maddi dəstək məqsədilə 18 min dollardan çox pul yığılıb.
Newscenter.az "İzvestiya"ya istinadən xəbər verir ki, Polşada parlament dəhlizində Hanukka şamlarını söndürən Seym deputatı Qrzeqorz Braun üçün ianə toplanması elan edilib. Nəticədə bir neçə saat ərzində 73 min zlotidən çox (təxminən 18,3 min dollar) vəsait yığılıb.
Məlumat üçün qeyd edək ki, dekabrın 12-də Braun yəhudilərin Hanukka bayramı münasibətilə parlamentdə yandırılan Hanukka şamlarını söndürən Qrzeqorz Braun bu cür davranışına görə sessiyanın sonunadək Seymin iclaslarında iştirakdan kənarlaşdırılıb və üç aylıq deputat müavinətindən məhrum edilib.
Həmçinin, antisemitizmdə günahıandırılan Brauna qarşı Polşa prokurorları cinayət təhqiqatına başlayıblar.
Anar Əliyev