Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın həbsdə olan həyat yoldaşına corabda telefon keçirməyə cəhd edib

Qadın həbsdə olan həyat yoldaşına corabda telefon keçirməyə cəhd edib


Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Xidmətdən Newscenter.az-a verilən məlumata görə, həbs edilmiş şəxs Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində 2 ədəd danışıq kartı olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş