Qlobal buğda istehsalında azalma tendensiyası müşahidə edilir.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin noyabr ayı üzrə hazırladığı hesabata əsasən 2023/2024-cü məhsul ili üzrə qlobal buğda istehsalının 2022/2023-cü ilə nəzərən 7 milyon ton azalaraq 783 milyon ton olacağı proqnozlaşdırılır.
Qlobal buğda ehtiyatları həcminin isə 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 4.4% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton artaraq 64 milyon ton, istehsal həcminin isə 2022/2023-cü məhsul ili ilə müqayisədə 15 milyon ton az (381 milyon ton) olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 11 milyon ton az (445 milyon ton) olacaq.
S.İsmayılbəyli