Rusiya və Çin Cənubi Koreyanın hava sərhədini pozub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, Cənubi Koreya Rusiya və Çinin döyüş təyyarələrinin onun hava hücumundan müdafiə identifikasiya zonasına daxil olduğunu deyib. Buna cavab olaraq isə Seul təyyarəsini havaya qaldırıb.
Cənubi Koreyanın hava sərhədi iki Çin və dörd Rusiya təyyarəsi tərəfindən pozulub.
Rəsmi Moskva isə bu iddianı təkzib edib. Bildirilib ki, təyyarələr Yapon dənizində hava hücumundan müdafiə zonasında olublar. Koreya Respublikasının hava məkanı pozulmayıb.
Anar Əliyev