Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səttar Möhbalıyev üçün "sürpriz"

Səttar Möhbalıyev üçün "sürpriz"


Dekabrın 20-də keçiriləcək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında AHİK sədri Səttar Möhbalıyev üçün "sürpriz" hazırlanır.

Newscenter.az-a konfederasiyadakı mənbədən daxil olan xəbərə görə, qurultayda Səttar Möhbalıyev yenidən qurumun sədri seçilməyə bilər. Belə ki, AHİK-in üzvü olan bir çox təşkilatlar konfederasiyanın rəhbərliyinin dəyişilməsi və quruma yeni sədr seçilməsi niyyətindədir. Bu məqsədlə həmin təşkilatların artıq sədrliyə namizəd müəyyən etdikləri də bildirilir. Qurultay günü namizədliyi irəli sürüləcək həmin şəxsin səsvermə prosesində saxtakarlıq olmayacağı təqdirdə Səttar Möhbalıyevə qalib gələcəyi bildirilir.

Mənbə onu da bildirib ki, Möhbalıyevin AHİK-ə şəxsi mülki, biznes layihəsi kimi baxması quruma üzv təşkilatlar tərəfindən etiraza səbəb olur və bu səbəbdən dekabrın 20-də keçiriləcək növbədənkənar qurultayda Möhbalıyevə "sürpriz" hazırlayıb onu sədrlikdən uzaqlaşdıracaqları qeyd olunur.

Anar Əliyev
Xəbəri paylaş