"Sülh anlayışı elə bir məlumdur ki, tərəflərin heç biri bunun əleyhinə gedə bilmir və bilməz. Odur ki, kimsə sülhün əleyhinə heç nə demir, sadəcə sülhün yaxın olduğundan bəhs edirlər".
Newscenter.az xəbər verir ki, bunu politoloq Azər Qasımov Ermənistanın baş nazirinin yaxın vaxtlar üçün sülh müqaviləsinin imzalanmasının real olacağı barədə fikirlərini şərh edərkən səsləndirib. O bildirib ki, ancaq sülh üçün tarixi şərait yetişməyib:
"Bunun üçün maraqlı güclərin istəkləri həll edilməlidir. Bu isə hələlik mümkün deyil".
Azər Qasımov, "Nə tərəflərin, nə də beynəlxalq güclərin maraqları hələlik təmin edilmir. Hesab edirəm ki, son anda mütləq bir hadisə baş verəcək və sülh pozulacaq. Ümid edək ki, tərəflər bu çətinliyi aşmaqda özlərində güc tapacaq",-deyə vurğulayıb.
Anar Əliyev