Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup ilə görüşüb

Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup ilə görüşüb


Cenevrə şəhərində keçirilən Qaçqınlar üzrə 2-ci Qlobal Forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının (BMT) miqrasiya agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni seçilmiş baş direktoru xanım Emi Poup ilə görüşüb.

Newscenter.az xəbər verir ki, V.Hüseynov yeni təyinatı münasibətilə E.Poupu təbrik edərək, Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında uzun illər ərzində qurulmuş səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Ölkəmizin miqrasiya idarəçiliyi sahəsində əsas beynəlxalq tərəfdaşlarından biri olan BMqT ilə ikitərəfli əsaslarla tərəfdaşlığın önəmi ilə yanaşı çoxtərəfli beynəlxalq platformalar çərçivəsində mövcud olan münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcudluğu vurğulanıb.

Xidmət rəisi BMqT-nin ölkəmizdə miqrasiya ilə bağlı müxtəlif sahələrdə həyata keçirdiyi bir sıra layihə və təşəbbüslər vasitəsilə miqrasiyanın səmərəli idarə olunmasına dəstək verdiyini bildirib. Təşkilat ilə əməkdaşlıq çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstəyin göstərilməsi layihəsinin uğurla həyata keçirildiyini qeyd edib. Həmçinin hazırda Mərkəzin daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Sonra “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasına dair “Çempion ölkə” qismində Azərbaycan tərəfindən görülmüş işlər barəsində ətraflı məlumat verilib, milli və regional səviyyədə miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi və miqrasiya sahəsində potensialın gücləndirilməsi məqsədilə BMqT ilə əməkdaşlığın önəmi qeyd olunub. BMqT-nin dəstəyi ilə BMT-nin Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılması, ölkəmiz üzrə Miqrasiya Profilinin dərc edilməsi və Miqrasiya İdarəçiliyi İndikatorlarına dair hesabatın hazırlanması, habelə Almatı Prosesinə sədrliyimiz ətrafında müzakirələr aparılıb.

Qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqları bərpa olunub, bu da daxili miqrasiyanın dinamikasında yeni səhifə açıb. Artıq bu ərazilərdə bərpa, reinteqrasiya və davamlı məskunlaşma proseslərinə başlanılıb. Bununla belə, təhlükəsiz qayıdışın təmin edilməsi prosesində çətinliklərlə üzləşildiyi və bu çətinliklərdən ən mühümünün həmin ərazilərin minalarla çirkləndirilməsi olduğu vurğulanıb.

BMqT-nin baş direktoru E.Poup Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. E.Poup miqrasiya idarəçiliyi üzrə Azərbaycanın fəal ölkə olduğunu bildirib, ölkəmizin Miqrasiya üzrə Qlobal Paktın icrasına dair BMT-nin Miqrasiya üzrə Şəbəkəsi tərəfindən regionda “Çempion ölkə” kimi fəaliyyətini müsbət qiymətləndirib. Baş direktor Miqrasiya sahəsində regional səviyyədə bilik və bacarıqların artırılması məqsədini daşıyan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətinə, eləcə də ölkəmizin Almatı Prosesinə 2023-2024-cü illərdə sədrliyinə xüsusilə toxunub.

Daha sonra birgə əməkdaşlıq çərçivəsində icra olunmuş və davam etdirilən layihələrin nəticələri, habelə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi Qalib İsrafilov və Nümayəndəliyin əməkdaşı da iştirak edib.

Sona
Xəbəri paylaş