Ana Vətən Partiyası növbədənkənar qurultaya hazırlaşır.
Bu barədə məlumatı Newscenter.az-a partiyanın sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı verib. AVP sədri bildirib ki, partiyanın qurultayı növbədənkənar prezident seçkiləri iilə əlaqədar olaraq keçiriləcək:
"Bu ayın sonuna qədər Ana Vətən Partiyasının qurultayı keçiriləcək və qurultayda partiyanın növbədənkənar prezident seçkiləri ilə bağlı qərarı açıqlanacaq".
Fəzail Ağamalı artıq qurultaya hazırlıq prosesinə start verildiyini deyib.
S.İsmayılbəyli