Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada ağır yol qəzası, çoxlu sayda yaralı var

Ankarada ağır yol qəzası, çoxlu sayda yaralı var


Türkiyənin paytaxtı Ankarada ağır yol qəzası baş verib.

Newscener.az trthaber-ə istinadən bildirir ki, mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Ankara-Kırıkkale istiqamətindəki Həsənoğlan ərazisində baş verib. Hadisə yerinə gələn xilasedicilər və həkim qrupu yaralıları Elmadağ Dövlət Xəstəxanasına çatdırıblar. Qəza ilə bağlı araşdırma aparılır.

Anar TAĞIYEV
Xəbəri paylaş