"Avropa İttifaqı Ukraynanı quruma daxil etməyə hazır deyil. Ukraynanın Avropa İttifaqına üzv olma perspektiviuzaqdır. Çünki onun dərin islahatlara ehtiyacı olacaq".
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. Aİ-nin Brüssel sammitindən sonra mətbuat konfransı zamanı Makron deyib ki, hazırda ittifaq Ukraynanı qəbul etmək iqtidarında deyil.
“Biz Ukraynanın effektiv genişlənməsindən və daxil edilməsindən çox uzağıq. İstənilən halda, istənilən genişlənmə qaydalarımızda dərin islahatlar tələb edəcək”.
O, həmçinin Macarıstanın Ukrayna üçün 50 milyard avronun bloklanması qərarını dəyişəcəyinə ümid etdiyini bildirib və qeyd edib ki, Kiyevə yardımın müzakirəsi 2024-cü ilin yanvar və ya fevralında reallaşa bilər.
Anar TAĞIYEV