"Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin bağlanması istiqamətində ABŞ və Qərbin vasitəçiliyi ilə həyata keçirilən müəyyən addımlar atılır və bu istiqamətdə müəyyən razılıqlar da var. Bunların arasında həmçinin əsirlərin dəyişdirilməsi də öz əksini tapıb. Əslində hazırda baş verən razılıqlar xüsusilə də ABŞ-ın göstərdiyi səylər hesabına həyata keçirilir və bu səbəbdən münasibətlərin normallaşması istiqamətində iki ölkə arasında danışıqlar prosesində zaman-zaman irəliləyişlər görə biləcəyik düşüncəsindəyəm",
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkünlüyündən danışarkən səsləndirib. Çingiz Şahbazi daha sonra bunları qeyd edib6
"Bura Zəngəzur dəhlizinin reallaşması istiqamətində razılıq daxildir və digər sahələrdə də razılıqlar əldə olunmaq ərəfəsindədir. Proseslər onu göstərir ki, müəyyən bir müddət sonra iki ölkə arasında əlaqələrin qurulması zamanı üçüncü tərəfin vasitəçilik missiyası artıq lazım gəlməyəcək və bunun üçün iki ölkə arasında yekun sülh müqaviləsinin bağlanma prosesi tezliklə öz həllini tapmalıdır. Düşünürəm ki, bu işlərin yekununa çox az qalıb və bütün işlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq".
Anar Əliyev