Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir

Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir


Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri hələ də hər iki ölkədə geniş müzakirə olunmaqdadır. Həm Azərbaycan, həm də Serbiya KİV-ləri bu səfəri geniş şərh edərək bunu iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi xarakterizə edirlər. Xüsusilə, bu səfərin enerji sahəsində əməkdaşlığa müsbət təsir göstərəcəyi bildirilir. Elə Yeni Azərbaycan Partiyasının üzvü Əlişah Rəcəbov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, hakim partiya təmsilçisi deyib ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir:

"Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Strateji əhəmiyyət kəsb edən neft kəmərləri olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Həmçinin uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir".

Əlişah Rəcəbov qeyd edib ki, məhz bütün bunların nəticəsi olaraq Avropa Komissiyası ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir:

"Bu əsasda ölkəmizin Serbiya və Bolqarıstanla da çox yüksək əlaqələri formalaşmışdır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyəti ölkələrimizin sənaye inkişafına böyük töhfə verəcəkdir".

Anar Əliyev
Xəbəri paylaş