"2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keciriləcək. Fəaliyyətdə olan dövlət başçısının qarşıdan gələn seçkilərdə namizəd olacağı artıq rəsmiləşdirilib. YAP İdarə Heyətinin bu gün kecirilən genişləndirilmiş iclasında bununla bağlı qərar qəbul edilib. Digər mümkün namizədlərə, xüsusilə də müxalifət düşərgəsindən olan potensial namizədlərə gəldikdə isə onların da sırasında seçkiyə qatılanların olacağı istisna deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Əliabbas Məhərrəmli səsləndirib. Onun sözlərinə görə, müxalifət geniş anlayış olduğu ücün bu barədə qəti fikir bildirmək hələ ki, bir qədər cətindir:
"Düzdür, parlament müxalifətinin seçkidə iştirakı haqqında müəyyən xəbərlər dolaşır, amma parlamentdə təmsil olunmayan partiyalarının iştirakı bu an üçün qeyri-müəyyəndir. Bu da başa düşüləndir. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən namizədə alternativ olmaq elə də asan məsələ deyil. Odur ki “marafon”dan yayınmaq istəyənləri anlamaq olar".
Anar Əliyev