Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın XİN başçısı: "Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıyıq"

Azərbaycanın XİN başçısı: "Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıyıq"


Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən 47-ci iclasında çıxışında deyib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran XİN başçısı hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş