Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı növbəti iclas keçirilib

Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı növbəti iclas keçirilib


“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Komissiyanın sədri energetika naziri Pərviz Şahbazov çıxış edərək ölkənin enerji təhlükəsizliyinin daha da gücləndirilməsində, həmçinin ixrac potensialının artırılmasında bərpa olunan enerji mənbələrinin strateji rolunu vurğulayıb və bu istiqamətdə Komissiya qarşısında duran vəzifələri qeyd edib.
İclasda Azərbaycanda həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələrinin gedişi nəzərdən keçirilib. Komissiyanın ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər barədə Katibliyin hesabatı dinlənilib. “ACWA Power” və “Masdar” şirkətləri ilə imzalanması nəzərdə tutulan sənədlər müzakirə olunub, Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi planlaşdırılan bərpa olunan enerji layihələri barədə məlumat verilib.

Dənizdə külək enerjisindən istifadə məqsədilə ayrılması nəzərdə tutulan ərazilər, Azərbaycanda yaşıl hidrogen istehsalı ilə bağlı həyata keçirilən layihələr, eləcə də “bp” şirkəti tərəfindən icra edilən “Şəfəq” Günəş Elektrik Stansiyası ilə bağlı şəbəkəyə qoşulma tədbirlərinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılması və digər məsələlərə dair məruzələr dinlənilib.

İclasda Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak edib.

R.Mehdiyeva
Xəbəri paylaş