Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Muzdlu işçilərin sayı artıb

Muzdlu işçilərin sayı artıb


Türkiyədə muzdlu işçilərin ümumi sayı oktyabr ayında əvvəlki ilin eyni ayına nisbətən 2,6 faiz artıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu dövrdə əsasən sənaye, tikinti və ticarət-xidmət sahələrində çalışan muzdlu işçilərin ümumi sayında artım qeydə alınıb.

Məlumata görə, sənaye, tikinti və ticarət-xidmət sektorlarında keçən ilin oktyabr ayında 14 milyon 891 min 949 nəfər muzdlu işçi olub. Bu ilin oktyabr ayında isə bu say 15 milyon 277 min 929 nəfərə çatıb.

Qeyd olunan ayda maaş alan işçilərin sayı sənaye sektorunda 0,6 faiz azaldığı halda, tikinti sektorunda 12,2 faiz, ticarət-xidmət sektorunda isə 2,7 faiz artıb.

Natiq Orucov[b][/b]
Xəbəri paylaş