Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan BƏƏ prezidenti ilə görüşdü

Ərdoğan BƏƏ prezidenti ilə görüşdü


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

Newscenter.az Türkiyə Prezidentinin Kommunikasiyalar Müdirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları, bölgədə daimi atəşkəs yaratmaq səyləri, Türkiyənin fələstinlilərə humanitar yardım çatdırma səyləri və sülhün təmin edilməsi üçün atılan addımlar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı İsrailin ən qısa zamanda dayandırılmasının və daimi atəşkəsin təmin edilməsi üçün atılan addımların davam etdirilməsinin vacib olduğunu bildirib.

Türkiyə lideri bölgədə sülhün təmin olunması üçün İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə sammitində alınan qərarların icra edilməsinin vacibliyini bildirib və beynəlxalq ictimaiyyətin Fələstinə dəstəyini artıracaq təşəbbüslərin davam etdirilməli olduğunu vurğulayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş