Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Rusiya vətəndaşı saxlanıldı

Ermənistanda Rusiya vətəndaşı saxlanıldı


Ermənistanda Rusiya vətəndaşı saxlanılıb.

Newscenter.az newsarmenia.am-a istinadən bildirir ki, V.A ölkəyə qanunsuz yolla xarici valyuta keçirməkdə ittiham olunur.

Məlumata görə, İrəvanın Zvartnots Hava Limanının gömrük nəzarəti zonasında Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin və Qərb Gömrük İdarəsinin əməkdaşları Milan-Yerevan aviareysi ilə gələn Ermənistan Respublikası və Rusiya Federasiyası vətəndaşı V.A.-nın baqajına baxış keçirib. Araşdırma zamanı Rusiya vətəndaşının üzərindən şəxsi əşyalarla yanaşı, bəyan edilməmiş 1 milyon ABŞ dolları məbləğində, 50 dollarlıq 1000 əskinas və 100 dollarlıq 9500 əskinas aşkar edilib.

Anar TAĞIYEV
Xəbəri paylaş